Əbülfəs Qarayev: “Azərbaycanda tam və sərbəst açıq internet məkanı vardır”
“XXI əsrdə rəqəmli daşıyıcılarda mədəni proseslərin dünya ictimaiyyətinə çatdırılmasının çox böyük əhəmiyyəti var”.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Azərbaycanda tam və sərbəst açıq internet məkanının olduğunu deyən nazirin sözlərinə görə, hər dövlət orqanı öz işində bu sahənin inkişafına əhəmiyyət verir: “Azərbaycanda “GoMap” sistemi nazirlik tərəfindən təsdiq edilib. Həmçinin ölkəmizdə ilk kitabxana, muzey və bir çox müəssisələrin internet şəbəkəsi yaradılıb. Hazırda 26 proqram üzərində iş aparmaq planlaşdırılıb”.
Nazır Ə.Qarayev mütəxəssis çatışmazlığından da söz açıb. O bildirib ki, kadrların hazırlanmasına Azərbaycan hökuməti böyük diqqət yetirir: “Belə bir şəraitdə bu işi kimin aparacağı, texniki avadanlıqdan istifadə məsələsi ortaya çıxır. Bu baxımdan sahə üzrə müəllimlərin hazırlanması proqramı olduqca vacibdir. Müvafiq sahələrdə çalışanların 60 faizi öz təcrübələrini internetdən əvvəlki dövrdə əldə etdiklərindən müasir avadanlıqdan istifadə bəzi çətinliklər yaradır. Ona görə də daha qətiyyətlə müasir avadanlıqdan istifadə etməyə yiyələnmək vacibdir”.
Nazir demişdir ki, digər vacib məsələ isə internet istifadəçilərinin daha geniş auditoriyası olan gəncləri mədəniyyət sahəsində gedən proseslərə cəlb etməkdir.
S. Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL