waplog

“iPhone” smartfonunu robotlar yığacaq?


“Foxconn” şirkətinin direktoru şirkətin işçilərini robotla əvəzləmək niyyətini təsdiqləyib. Bu haqda ilk dəfə bir neçə il bundan əvvəl məlumat yayılmışdı, amma bu yaxın günlərdə keçirilmiş müəssisənin səhmdarlarının görüşündə “Foxconn” şirkətinin top-meneceri deyib ki, avtomatlaşdırılmış sistemlərin yoxlanması yekun mərhələdədir.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, birinci mərhələ çərçivəsində 10 min “Foxbot” robotu quraşdırılacaq, çox güman ki, bu robotlar “Apple”smartfonlarınınquraşdırılmasıyla məşğul olacaqlar.
 
Şirkətə 20-25 min dollara başa gələn hər bir robot illik 30 minədək qurğu quraşdıracaq.
 
Hazırda “Foxconn” müəssisələrində təxminən 1,2 milyon insan çalışır.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL