waplog

Avropanın İT qurumları əməkdaşlıq haqda saziş imzalayıblar


İnformasiyanın təhlükəsizliyi üzrə Avropanın əsas agentlikləri kibercinayətkarlıqla mübarizədə məlumat mübadiləsi və səmərəliliyin gücləndirilməsi məqsədi ilə öz səylərini birləşdirir. ENISA (European Union Agency for Network and Information Security) Avropa agentliyinin direktorları, “Avropol” və “E3” kibermərkəzi geniş məlumat mübadiləsi haqqında razılaşma imzalayıblar.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, agentlik cari vəziyyət üzrə məlumat mübadiləsi həyata keçirəcək, birgə təhlil aparacaq və kibercinayətkarlıqla mübarizədə ümumi yanaşma metodu hazırlayacaq.
 
Həmçinin qurum birgə personal hazırlayacaq.
 
Bununla yanaşı, ümumi Avropa qurumu CERT Avropa milli kibertəhlükəsizlik mərkəzləri ilə birgə işləyəcək və İT halları qeydə alacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL