“LG” şirkəti 10 düymlük planşetin satışlarına başlayır
“LG” şirkəti yeni “G Pad 10.1” planşetinin qlobal satışlarına start verib. Adından məlum olduğu kimi, qurğu 10.1 düym diaqonallı ekran, həmçinin 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, planşet 1280x800 piksel təsvir ölçülü ekran, 16 QB daxili və 1 QB əməli yaddaş, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralarla təchiz edilib. Akkumulyator batareyasının həcmi 8000 milliamper/saat təşkil edir. Ölçüsü 260,9 x 165,9 x 8,9 mm, çəkisi 523 qram təşkil edir. Planşetdə mobil rabitə modulu mövcud deyil.
Qurğu qara, ağ, qırmızı, narıncı və göy rənglərdə əlçatan olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL