waplog

Şəkərli diabetdən əziyyət çəkən uşaqlar insulini xüsusi proqram vasitəsilə alacaqlar


Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlara insulinin vurulmasında xüsusi cihazlardan, pompalardan istifadə olunacaq.
 
İlkin mərhələdə 90 ədəd pompalar 3-18 yaş arası 90 nəfər uşaq üçün nəzərdə tutulub. Dövlət hesabına Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınaraq, mərkəzləşmiş formada Respublika Endokrinoloji Mərkəzinə təqdim olunan pompalar uşaqlara dövlət hesabına tətbiq ediləcək.
 
Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən qeyd edilib ki, pompa insulinin yeridilmə metodudur və bunun adi insulinin vurulmasından bir sıra fərqli cəhətləri var: “Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən, insulin bədənə yeridilir. Bu da şəkəri daha düzgün kompensasiya etməyə imkan verir”.
 
İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır. Pompada ultraqısa və yaxud qısa təsirli insulin istifadə olunur:
 
“Onun da iynəsi 3 gündən bir dəyişilir. Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) gündə 1-2 dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulin vurulur. Amma yeni metodda insulin iynəsi bir də dəri altına yeridilir, şunur vasitəsilə pompayla əlaqələndirilir və 3 gündən bir dəyişilir. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şunur vasitəsilə pompa ilə əlaqələndirilir. Pompanın işində insulin rezervuarı olur və bu, proqrama uyğun olaraq uşaqlara insulin yeridilir. Şəkərli diabetdən əziyyət çəkən uşaqlarda pompaların tətbiqində xüsusi meyarlar nəzərdə tutulacaq. Bunlara yaş həddi, müəyyən təlimlər keçmiş, özünü idarə edə bilən, süd çağı sindromu olan, kompensasiyası yaxşı getməyən yeniyetmə dövründə olan uşaqlar və s. kimi meyarlar nəzərdə tutulacaq”.
 
 
Xatırladaq ki, dövlət tərəfindən müəyyən edilmiş dərman vasitələri ilə təmin olunan xəstələrin (şəkərli diabet, 1-ci qrup əlil, 2-ci qrup əlil və s.) qeydiyyatı və dərman vasitələrinin paylanması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndə (VESKS) “İmtiyazlı Aptek” altsistemi də yaradılıb. Bakı şəhərində hər bir xəstəyə Elektron Kart hazırlanıb verilib. Sistemdə və kartda həmin xəstələrin şəxsi məlumatları, dispanser qeydiyyatında olduğu tibb müəssisəsi və aldığı dərmanların siyahısı barədə məlumatları saxlanılır. Bu məlumatları əldə etmək məqsədilə qeydiyyata alınmış vətəndaşlar - elektron kart sahibləri “e-səhiyyə” portalında yaradılmış  e-xidmətdən istifadə edə bilirlər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL