waplog

“Google” sürücüsüz avtomobillərin hesabına şəxsi avtomobillərin sayını azaltmağı planlaşdırır


Sürücüsüz avtomobillərin populyarlaşması avtomobillərə tələbatı xeyli azalda, həmçinin avtodayanacaq və yollarda tıxac problemini həll edə bilər. Bu haqda “Google”un həmtəsisçisi və “Google X” innovasiya laboratoriyasının direktoru Serqey Brin deyib.

"Mən ümid edirəm ki, sürücüsüz avtomobillər nəqliyyat sahəsində inqilab edəcək... Əlbəttə, bu, cəsarətli iddiadır. Belə ki, bir çox texniki və hüquqi risk mövcuddur. Amma siz bir neçə belə iddia etməyə hazırsınızsa, onlardan biri gələcəkdə uğur əldə edə bilər" – Brin bildirib.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google”un həmtəsisçisi deyib ki, hazırda dünyada sərbəst hərəkət edə bilməyən (məsələn, yaşlı insanlar, fiziki imkanları məhdud olan şəxslər) çoxlu sayda insan yaşayır. Sürücüsüz avtomobillər onlara şəhərdə hərəkət etməyə kömək olacaq.
“Google”un gələcəkdə avtomobil istehsalını planlaşdırması haqda suala cavab verən Brin deyib ki, şirkət, ehtimal ki tərəfdaşlarla işləyəcək. Ancaq o deyib ki, bu, hələ ki yalnız fərziyyədir.

“Google” şirkəti tamamilə elektronika ilə idarə olunan avtomobil layihəsini 2009-cu ildən hazırlayır. Bu, “Google X” məxfi laboratoriyasında yaradılan layihələrdən biridir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL