waplog

Gələcəyin geyimi qurğuları enerji ilə dolduracaq


Hollandiyalı dizayner və modelyer Paulina van Donqen günəş panelləri ilə təchiz edilmiş paltar tikişi ilə məşğul olan "Wearable Solar" startapının əsasını qoyub. Onun tərəfindən düşünülmüş yüksəktexnologiyalı qarderob elementləri elektronikanı günəş enerjisi ilə doldurmağa imkan verir.

"Biz smartfonlarımızdan asılıyıq və onların daim işləməsini istəyirik, ona görə batareyalarımız təkmilləşdikcə biz smartfonları daha çox istifadə edəcəyik" –  van Donqen deyib. O, "xaytek" stilində hazırlanmış geyim prototipini bir ay Bruklində keçirilmiş "Northside Festival" sərgisində nümayiş etdirib. Paltarın satışa çıxarılacağı haqda məlumat yoxdur.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, günəş panelləri artıq dəb sənayesində tətbiq edilib. Məsələn, 2011-ci ildə Danimarkanın "Diffus" dizayner studiyası gündəlik 2 vattadək enerji generasiya edən smart "Solar Handbag" çantasının satışlarına başlayıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL