waplog

“Selfi” çəkmək üçün xüsusi smartfon istehsal olundu


Yaponiyanın “Sony” şirkəti nümayiş etdirdiyi telefonu dünyanın ən yaxşı “şelfi” smartfonu adlandırıb. “Xperia C3” smartfonu işıq diodu işıqlandırıcısı ilə ön genişbucaqlı 5 meqapiksellik kamera ilə təchiz edilib.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Sony Xperia C3” smartfonu HD təsvir ölçülü 5,5 düymlük IPS ekranı, 8 meqapiksellik əsas kamera, 1.2 QHs takt tezlikli dördnüvəli “Snapdragon Qualcomm” prosessoru və “Adreno 305” qrafikası, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, “microSD” slotu, “Bluetooth 4.0”, “NFC” və “Wi-Fi” modulları ilə təchiz olunub. “Xperia C3” smartfonunun SİM kartla həm bir, həm də iki slotla olan versiyaları satışa çıxarılacaq.
 
Aparat 2500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib, danışıq rejimində avtonom iş vaxtı 24 saat, gözləmə rejimində isə 15 gün təşkil edir. “Sony Xperia C3” cihazının ölçüsü 156×79×7,6 mm edir, çəkisi 150 qramdır. “Android 4.4.2” quraşdırılıb.
 
Avqustda smartfonun satışlarına start veriləcək. Aparat əvvəlcə Çində, daha sonra başqa ölkələrdə əlçatan olacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL