Finlandiyanın baş naziri Stiv Cobsu ittiham etdi
Finlandiyanın baş naziri Aleksandr Stubb “Nokia” şirkətinin iflasa uğramasında Stiv Cobsu ittiham edib, nəticədə ölkənin əmək bazarı məhv olub. Bu haqda “the Australian” nəşri yazıb.
"Bizim iqtisadiyyatımız İT və kağız sənayesi üzərində dayanır. “iPhone” və “iPad” qurğularına tələbat artdıqdan sonra, kağızdan istifadə azalıb".
“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, mobil telefonların istehsalı üzrə “Nokia” şirkətinin iflası Finlandiya üçün böyük itki olub. Aleksandr Stubb deyib ki, "Stiv Cobs vətəndaşlarımızın iş yerlərini bağlayıb".
"Nəticədə biz istiqaməti dəyişmək məcburiyyətində idik. Hazırda meşə təsərrüfatı kağızın istehsalından bioenerji, İT sənayesi isə oyun istiqamətində inkişaf edir".
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL