waplog

Aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi tədqiqat proqramları üzrə müsabiqə elan olunur


Azərbaycanda aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi məqsədilə müsabiqə elan olunur. Müsabiqə AMEA Rəyasət Heyətinin 9 aprel 2014-cü il tarixli qərarına əsasən həyata keçirilir.
 
Akademiyadan qeyd edilib ki, müsabiqəyə təqdim olunan proqramlar fundamental və tətbiqi elmi tədqiqat işlərinin prioritet istiqamətlərinə uyğun olaraq dünyada elmin, texnologiyaların inkişaf meyilləri nəzərə alınmaqla, araşdırmaların elm sahələrinin qovşağında (multidisiplinar) aparılmasına üstünlük verməklə hazırlanmalı, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir.
 
Müsabiqədə yalnız AMEA-nın əməkdaşları iştirak edə bilərlər. Elmi tədqiqat proqramları müəyyən olunmuş formaya (əlavə olunur) uyğun tərtib olunub elektron variantı ilə birlikdə 2014-cü il oktyabrın 1-dək AMEA-nın Elmi-Təşkilat İdarəsinə təqdim edilməlidir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL