waplog

Nazir: “ Azərbaycan Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verib”


Azərbaycan Respublikası tərəfindən Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verilib. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov danışıb.
 
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin nəzdində təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) beynəlxalq humanitar və yardım proqramlarına, eləcə də davamlı inkişafa xidmət edən layihələrinin sayını artırıb:
 
“Xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində Fələstin, Sent Vinsent və Qrendadan olan tələbələr Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıblar. Anqola, Əlcəzair, Çad, Kamerun, Fil Dişi Sahili, Liviya, Mavritaniya, Misir, Nigeriya, Sudan, Kolumbiya, Vyetnam, Oman, Küveyt və sair dövlətlərin mütəxəssisləri üçün ixtisasartırma kursları təşkil edilib”.
 
 
E.Məmmədyarov əlavə edib ki, keçən dövr ərzində XİN nəzdində fəaliyyət göstərən Azərbaycan Diplomatik Akademiyası əsasında Prezident İlham Əliyevin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə  ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ADA Universiteti yaradılıb: “Universitetdə həyata keçirilən təlim və tədris proqramları daha da genişləndirilib, dünyanın aparıcı ali təhsil və tədqiqat müəssisələri ilə əlaqələri, təcrübə və tələbə mübadilə proqramları artırılıb”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL