waplog

Bədənin daxilində 16 il işləyən elektron implantat yaradılıb


Növbəti ildə ABŞ-ın “MicroCHIPS” şirkəti tərəfindən yaradılan yeni elektron implantatın klinik sınaqlarına başlanacaq.

20 х 20 х 7 mm ölçüyə malik miniatür qurğu simsiz rabitə ilə idarə olunur və insan orqanizminə kiçik dozada dərman vurur. Cihazın istismar müddəti 16 il təşkil edir. İstismar prosesində cihazı insanla xəstəxanaya getmədən asanlıqla aktivləşdirmək mümkündür.

Dərmanın vurulması prosedurunun həyata keçirilməsi texniki baxımından maraq doğurur. Belə ki, dərman titan-platin materialdan ibarət membranlı germetik mikrorezervuarlarda saxlanılır. Elektromaqnit sahəsinə düşən membrana əriyərək bir doza dərman buraxır. Çipdəki kontaktlar elə şəkildə yerləşdirilib ki, rezervuarlar növbə ilə boşalsın.

Həkim istismar zamanı dərmanın dozasını dəyişməklə implantatı uzaq məsafədən proqramlaşdrımaq imkanına malikdir.

İmplantatın köməyi ilə orqanizmə müxtəlif dərmanları daxil etmək mümkündür, lakin onun ilk və başlıca tətbiqi levenogestrel (Levonorgoestrelum) maddəsinin qadın orqanizminə vurulması olacaq. Bu progestrondan hormonal kontraseptivlərdə aktiv komponent kimi istifadə olunur. Gündəlik dərman dozası 30 mikroqram təşkil edir ki, bununla da 16 illik ehtiyat asanlıqla rezervuarlara yerləşdirilir.  

"MicroCHIPS” şirkəti üçüncü dünya ölkələrində doğum sayını qorumaq üzrə müxtəlif proqramları fəal şəkildə maliyyələşdirən “Gates Foundation” xeyriyyə fondundan investisiyalar cəlb edib.

Klinik sınaqlar uğurlu olsa, qurğunun satışa 2018-ci ildə çıxarılması planlaşdırılır, - “Xaker www.xakep.ru” yazır.  

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL