waplog

“TeliaSonera” Norveçdə “Tele2”-nun biznesini 744 milyon dollara alır


İsveçin telekommunikasiya şirkəti “TeliaSonera” 5,1 milyard İsveç kronuna (744 milyon dollara), “Tele2”-nun Norveçdə bölümünü alır.

Bu birləşmə baş verdikdən sonra “TeliaSonera” abunə sayına görə ölkədə “Telenor”dan sonra ikinci şirkət olacaq. “Tele2” Norveç bazarını 2013-cü ilin dekabr ayında baş tutmuş uğursuz hərracdan sonra tərk edir.
 
Bununla, “TeliaSonera”nın Norveçdə bazar payı 23%-dən 40%-dək artacaq, abunə sayı isə 1,6 milyondan 2,7 milyon nəfərədək artacaq. Razılaşma baş tutduqdan sonra Norveçin mobil rabitə bazarında üç oyunçu olacaq:
 
“Telenor”, “TeliaSonera” və 2013-cü ilin dekabr ayında “Tele2”-ya tezlik hərracında qalib gələn, bazarın yeni iştirakçısı “Access Industries”.
 
“Tele2”-nun baş direktoru Mats Qranridin sözlərinə əsasən, “TeliaSonera” ilə bağlanmış sazişdən daxil olacaq gəlirin bir qismi onun Niderlanddakı bölümünün inkişafına yönəldiləcək.

“TeliaSonera”nın yaydığı məlumata əsasən, bu müqavilə 2016-cı ildən etibarən 800 milyon İsveç kronundan az olmayan bir ölçüdə iqtisadi sinerjiyə gətirib çıxaracaq.
 
“Tele2” bildirib ki, razılaşma Norveç antiinhisar tənzimləyiciləri tərəfindən müsbət rəy almalıdır, onlar isə öz qərarlarını 2015-ci ilin birinci rübündən gec olmayaraq bildirəcəklər, bunun sayəsində kapitalın 2 milyard İsveç kronuna yaxın bir həcmdə artımına ümid etmək olar.
 
Bu xəbərin fonunda “TeliaSonera”nın səhmlərinin qiyməti “Stokholm birjasının açılışında 1,7% artaraq hər bir səhm üçün 50,45 İsveç kronunadək artıb. “Tele2”-nun səhmlərinin qiyməti isə 3,2% artaraq hər biri üçün 84,05 İsveç kronu təşkil etdi. Şirkətlərin kapitallaşması hazırda müvafiq olaraq 218 milyard kron və 37,5 milyard kron təşkil edir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL