2014-cü ildə maye kristal televizorların qlobal tədarükü 3.2% artacaq
Tayvanın “TrendForce” analitik firmasının tədqiqat bölməsi olan “WitsView”nin ekspertlərinin proqnozuna görə, 2014-cü ildə maye kristal televizorların qlobal tədarükü ötən illə müqayisədə 3,2% artaraq 210,8 milyona çatacaq.
Mütəxəssislər hesab edirlər ki, cari ilin ikinci yarısında televizor istehsalçıları ilin sonunda mövsümi tələbat artımına hazırlaşmaq üçün tədarük həcmini artıracaq.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər, həmçinin Ultra HD (4K) ultrayüksək təsvir ölçülü televizorların sonrakı populyarlığını proqnozlaşdırırlar. UHD formatlı televizor panellərinin qiyməti müntəzəm aşağı düşür: hazırda Full-HD təsvir panellərdən yalnız 1,2-1,3 dəfə artıqdır.
Mütəxəssislərin fikrincə, azalma tendensiyası saxlanılacaq, bu da UHD modellərin satış həcminin artmasına imkan yaradacaq. “WitsView”nin qiymətləndirilməsinə əsasən, bu il qlobal bazarda sözügedən televizorların nüfuzetmə səviyyəsi 6% olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL