Şirvanda “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Şirvan şəhərində regionu əhatə edən 18 şəhər və rayonun icra hakimiyyəti başçılarının müavinlərinin və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirlərinin iştirakı ilə “Azərbaycanın innovativ inkişafı” mövzusunda növbəti seminar keçirib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhərdə aparılan geniş quruculuq və abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli, sahibkarlığın inkişafı istiqamətində görülmüş tədbirlərdən danışıb, bu cür seminarların yerlərdə çalışan dövlət qulluqçuları üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbirdə “Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində” mövzusunda məruzə ilə çıxış edib.
Rektor Azərbaycanın sürətlə inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq beynəlxalq nüfuzunun gündən-günə artdığını, ölkəmizin bir çox istiqamətlərdə regional və qlobal liderə çevirdiyini vurğulayıb. U.Ələkbərov Azərbaycanın inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapdığını seminar iştirakçılarının diqqətinə çatdırıb. Rektor qeyd edib ki, əldə olunan nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası durur və bu strategiyanın reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu xüsusi qeyd edilməlidir.
U.Ələkbərov, həmçinin innovativ tərəqqinin əsas və həlledici amili olan insan potensialının inkişaf səviyyəsi, onun əsas meyarları haqqında danışıb.
“Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik” mövzusunda çıxış edən akademiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov ümummilli lider Heydər Əliyevin elmi-nəzəri və siyasi irsini və onu bu gün öz əməli fəaliyyətində davam və inkişaf etdirən Prezident İlham Əliyevin uzun illərə hədəflənmiş siyasi kursunu təhlil edərək, ölkənin innovativ inkişaf strategiyasının əsas konturlarını diqqətə çatdırıb.
“Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzusunda çıxış edən akademiyanın elmi-təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsinin dövlət idarəçiliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, hər bir dövlət qulluqçusunun məhsuldar fəaliyyətinin çalışdığı müəssisənin səmərəliliyinin yüksəldilməsində vacib amil olduğunu və səmərəli fəaliyyəti əngəlləyən problemlərin aradan qaldırılmasının müasir dövlət idarəçilik elminin əsas tədqiqat mövzularından biri kimi müəyyən edildiyini söyləyib.
R.Rəhimli beynəlxalq təcrübədə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində tətbiq olunan innovativ metodlar, həmçinin ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar haqqında məlumat verib.
Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL