waplog

Mis telefon kabellə informasiyanın ötürülməsi üzrə dünya rekordu təzələnib


Telekommunikasiya nəhəngi “Alcatel-Lucent” şirkətinin “Bell Labs R&D” elmi tədqiqat bölməsi mis telefon kabellə informasiyanın ötürülməsi üzrə dünya rekordunu yeniləyib.  
 
Gələcək “G.fast” (ITU G.9700) standartının genişlənməsi hesab olunan “XG-FAST” texnologiyasının köməyi ilə laboratoriya şəraitində məlumatların ötürülmə sürətini maksimal məsafəni 70 metr saxlamaqla 1,25 Qbit/saniyədən 2 Qbit/saniyəyədək (hər bir tərəfə 1 Qbit/saniyə) artırmaq mümkün olub.
 
Bundan başqa, iki cüt naqildən istifadə edən “XG-FAST” 30 metr məsafədə 10 Qbit/saniyə sürətini nümayiş etdirib.
 
Məsafənin kiçik olması çatışmazlıq deyil. Nəzərdə tutulur ki, “G.fast” bilavasitə abunəçilərin evinə çəkilməsinə ehtiyac olmayan optik-lif rabitə kanallarını tamamlayacaq. Belə ki, optik-lif xəttini binanın giriş hissəsinə çəkərək sonradan trafiki mövcud mis infrastruktur ilə paylamaq kifayət edir.
 
Qeyd edək ki, hazırda “G.fast” standartının real şəraitdə hətta köhnə versiyalarından istifadə olunmur. “G.9700” standartının 2016-cı ildə təsdiqlənməsi planlaşdırılır, - “Xaker www.xakep.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL