waplog

İnnovativ layihələrin reallaşdırılması, texnoparklar arasında təcrübə mübadiləsinin təşkili və icrası rusiyalı mütəxəssislərlə müzakirə edilib


Rusiya Elmlər Akademiyasının Çernoqolovka Elm Mərkəzi (REA ÇEM) ilə AMEA arasında əməkdaşlıq müqaviləsinin hazırlanması, innovativ layihələr, texnoparklar arasında təcrübə mübadiləsinin təşkili və icrası, informasiya texnologiyaları (İT) sahəsində təhsil kurslarının keçirilməsi, sertifikatlı kadr hazırlığının təşkili, biznesyönümlü, xüsusilə İT, neft-kimya və energetika sahələrinə aid layihələrin birgə işlənməsi və icrası məsələləri müzakirə edilib.
 
Müzakirələr AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayevin Rusiyaya səfəri çərçivəsində baş tutub. Akademiyadan qeyd edilib ki, V.Babayev Rusiya Elmlər Akademiyasının Çernoqolovka Elm Mərkəzinin sədr müavini Vladimir Borodin ilə görüşüb. V.Borodin AMEA ilə əlaqələrin genişləndirilməsi imkanlarını yüksək qiymətləndirib.
 
İnnovasiya şöbəsinin rəisi, həmçinin REA ÇEM-də “Çernoqolovka elm şəhərciyinin informasiya-texnoloji və telekommunikasiya klasteri: məhsul, partnyorluq və inkişaf perspektivləri” mövzusunda keçirilmiş konfransda iştirak edib. Skolkovo Fondunda da olan V.Babayev AMEA ilə fond arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıb.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL