waplog

Yeni rəqəmli TV yayım standartı qəbul olunub


"DVB Project" beynəlxalq konsorsiumu "DVB-UHDTV" və ya "Digital Video Broadcasting" — "Ultra HD TV" yeni rəqəmli yayım standartını rəsmən qəbul edib. Standart hava ilə siqnalın 3840х2160 piksel təsvir ölçüsü, 60 QHs kadr tezliyi və bir piksel üçün 10 bit rəng çaları ilə ötürülməsini nəzərdə tutur.
 
Tamaşaçıları yüksək təsvir keyfiyyətinə malik videokontent ilə təmin edəcək yeni standart müasir televiziyanın inkişafı yolunda atılmış vacib addım hesab edilir, eləcə də peyk və adi efir televiziyası üçün yeni imkanlar açır. Müqayisə üçün qeyd edək ki, hazırda əksər ölkələrdə "HD Ready" standartlı televiziya təşəkkül tapıb. "DVB-UHDTV" standartı isə təsviri "HD Ready"dən doqquz dəfə keyfiyyətli ötürür.  
 
Yeni rəqəmli televiziya standartı "HEVC" (High Efficiency Video Coding) təsvirin sıxılması sistemindən istifadəni nəzərdə tutur. Bu sistemdən ABŞ-ın "Netflix" internet servisi "4K" formatlı kontenti tamaşaçılara çatdıran zaman istifadə edir. "HEVC" standartı "MPEG-4/H.264" texnologiyası ilə müqayisədə informasiya axınının həcmini iki dəfə möhkəm sıxır. Bu isə o deməkdir ki, "Full HD" formatına nisbətdə təsvirin dörd dəfə yüksək olması ilə "DVB-UHDTV"-də ötürülən informasiyanın həcmi iki dəfə çox olacaq.  
 
"DVB-UHDTV" standartı artıq qəbul edilib və tezliklə onun dünyada yayılmasına başlanacaq. Lakin bununla bağlı bir sıra problemlərin də yaranmasını qeyd etmək lazımdır. Belə ki, müasir televizorların əksəriyyəti, o cümlədən "HEVC" texnologiyasını dəstəkləyən "4K" formatlı ən müasir televizorlar bu standarta uyğun gəlmir. Bir sözlə, "DVB-UHDTV" standartı ilə şifrlənmiş televiziya verilişini belə televizorda seyr etmək qeyri-mümkündür. Bildirilir ki, DVB-"UHDTV" ilə uyğunluq təşkil edən ilk "4K" televizor modelləri satışa 2015-ci ildə çıxarılacaq, - "Infox www.infox.ru" yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL