waplog

“Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı texniki şərtlərin hazırlanmasına başlanılıb


“Elektron kənd təsərrüfatı” sisteminin yaradılması barədə respublika prezidentinin tapşırığına əsasən, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilmiş, texniki şərtlərin hazırlanmasına başlanılıb.
 
Avropa İttifaqının “İnteqrasiya olunmuş Nəzarət Sistemi”nin (IACS) prinsiplərinə əsaslanan və 3 alt moduldan ibarət olan bu sistem torpaqların və fermerlərin reyestri, habelə heyvanların identifikasiyası və qeydiyyatı komponentləri də daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst məlumatların əldə edilməsinə imkan verəcək.
 
 Bu fikri kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.  Nazir bildirib ki, eyni zamanda, “Aqrolizinq” ASC-nin, Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin və süni mayalanma işləri üzrə informasiya bazalarının elektron uçot sisteminə keçirilməsi işlərinə başlanılıb, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilib.
 

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL