waplog

Azərbaycan TASİM layihəsinin dənizaltı seqmentinin iki xətt ilə tikintisi istisna edilmir


Azərbaycan Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın layihəsi çərçivəsində növbəti mərhələdə  2016-cı ildə Prinsipial Sazişi imzalamağı planlaşdırır.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin verdiyi məlumata əsasən, sazişin imzalanması layihə çərçivəsində əməliyyatların başlanmasına imkan verəcək.

“Bu, bütün iştirakçılardan güclü birgə səy tələb edəcək. Əminəm ki, qarşılıqlı faydalı, kommersiya cəhətdən hər tərəfə uyğun olan strateji həllin əldə edilməsi mümkündür və Azərbaycan bu mövzuda səylərini əsirgəməyəcək. Bu gün Bakıda keçirilən seminarın layihənin gerçəkləşməsində irəliləyişə səbəb olacağına ümid edirəm. Əlbəttə, biz bütün kommersiya, texniki və hüquqi detalları əhatə edə bilmərik, lakin biz, TASİM biznes model inkişafı, gəlir paylaşımının  razılaşdırılması və TASİM marşrutun yekunlaşması kimi mövzularda müzakirə edərək əhəmiyyətli tərəqqiyə nail oluruq”, - deyə nazir müavini qeyd edib.
 
E. Vəlizadənin sözlərinə əsasən, hazırda artıq layihənin dənizaltı seqmentinin tikintisi ilə bağlı Qazaxıstanla danışıqlarda irəliləyiş var, lakin magistralın Türkmənistan istiqamətində bir qolunun tikintisi də  istisna edilmir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL