ABŞ istehsalçısı Avropada mağazaların dizaynını patentləşdirib
Avropa Məhkəməsi ABŞ-ın “Apple” şirkətinin “Apple Store” mağazalarının xarici görünüşünün əmtəə nişanı ilə mühafizəsi hüququnu təsdiq edib. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.
Avropa İttifaqının ali məhkəmə orqanının nümayəndələri bildiriblər ki, "Apple” mağazaları əmtəə nişanının qeydiyyatdan keçirilməsi üçün üç kriterini yerinə yetirir: mağazalar fərqləndirici nişanlara malikdir, onlar qrafik təqdim oluna bilər və şirkətlərin mal və xidmətlərini bir-birindən fərqləndirməyə imkan verir.
“Apple” ABŞ-da “Apple Store” əmtəə nişanını 2010-cu ildə qeydiyyatdan keçirib. 2013-cü ildə Avropada analoji addımın atılmasına Almaniya hakimiyyəti mane olub. Almaniya Patent Bürosu bəyan edib ki, mağazanın xarici görünüşü və məhsulların düzülüşü əmtəə nişanı ola bilməz.
Lakin “Apple” Avropa Məhkəməsinə müraciət edərək əmtəə nişanı hüququnu təsdiq edib.
Avropa Məhkəməsinin qərarı ABŞ istehsalçısına yeni mağazaların açılmasında və rəqibləri ilə mübarizədə eyni dizayndan istifadəyə imkan verəcək, - “Lenta www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL