waplog

Rektor: “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar hazırlanan tyutorların hamısı işlə təmin edilib”


"2008-ci ildən başlayaraq Avropa Birliyinin "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində "Boloniya prosesi"nin baza prinsiplərinin və "Virtual universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarına başlanılıb".
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov söyləyib. O, tyutor hazırlığı kurslarını başa vurmuş məzunlara sertifikatların verilməsi üçün keçirilən mərasimdə bildirib ki, əvvəlki buraxılışlarda, Bakı Dövlət Universiteti və respublikanın aparıcı ali təhsil ocaqları üçün tyutor hazırlanıb. "Boloniya prosesi"ndən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə universitetlər üçün tyutor hazırlığının davam etdiyini qeyd edən rektor vurğulayıb ki, respublika təhsil nazirinin ali təhsil müəssisələrinin rəhbərlərinə göndərdiyi 30 iyun 2013-cü il tarixli məktubu əsasında BDU-da digər aparıcı ali təhsil ocaqları və BDU üçün təşkil olunmuş tyutor hazırlığı kursları 1 noyabr 2013-cü il tarixindən 30 iyun 2014-cü il tarixinədək öz işini davam etdirərək 6-cı buraxılışını başa vurub.
 
 
 Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 32 nəfəri A-sertifikatına (qırmızı), 10 nəfəri B-sertifikatına (göy), iki nəfəri isə C-sertifikatına (dinlədi) layiq görülüb. Sertifikata layiq görülənlərin 25 nəfəri respublikanın digər ali məktəblərini təmsil edib. Kursun BDU-dan olan 19 nəfər iştirakçısının hər biri namizədlikləri irəli sürülmüş fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediləcəklər.
 
Onu da qeyd edək ki, indiyədək tyutor kursunun 5 buraxılışını bitirmiş hər bir tyutor universitetdə işlə təmin olunub.

 
BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev indiyədək keçirilmiş tyutor hazırlığı kursu ilə bağlı təqdimat edib.
 
Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından Samirə Süleymanova, Əmək və Sosial Münasibətlər Akademiyasından Xaqani Məmmədov çıxış edərək yaradılmış şəraitə görə Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinə minnətdarlıq ediblər.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL