waplog

Dünyada kompüterlərin satışı iki ildə ilk dəfə artıb


2014-cü ilin ikinci rübündə dünyada fərdi kompüterlərin tədarük həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 75,8 milyon ədəd təşkil edib. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.

Son iki ildə dünyada fərdi kompüterlərin satışı daima azalaraq cari ilin ikinci rübündə ilk dəfə cüzi artım nümayiş etdirib.

Şirkət analitiklərinin fikrincə, fərdi kompüterlərin satışının aşağı düşməsi bilavasitə planşet və smartfonların artan populyarlığı ilə əlaqədardır, çünki alıcıya bu qurğuların alışı fərdi kompüterin alışından ucuz başa gəlir.
Lakin ekspertlər qeyd edirlər ki, ikinci rübdə bazarda vəziyyət dünya əhalisi arasında bahalı planşetlərə tələbatın azalması səbəbindən tədricən düzəlib. Bu onu deməyə əsas verir ki, fərdi kompüterlərin satışında zəif olsa da, artım müşahidə olunacaq.

İkinci rübdə fərdi kompüterlər bazarında lider istehsalçılar beşliyində birinci yeri satış həcmi 14,5 milyon ədəd təşkil edən, bazar payı 19,2 faizədək artan Çinin “Lenovo” şirkəti tutub. İkinci yerdə 17,7 faiz bazar payı və 13,4 milyon ədəd satışla “HP” şirkəti qərarlaşıb. “Dell”, “Acer” və “Asus” şirkətləri müvafiq olaraq üçüncü, dördüncü və beşinci yeri tutub. “Dell”in il ərzində satış həcmi 12,5 faiz – 10 milyon ədədədək artıb, “Acer”in satışları 7 faiz azalıb. Digər istehsalçıların satışları ikinci rübdə 26,5 milyon qurğu təşkil edib.  


Hesabat dövründə ABŞ bazarında fərdi kompüterlərin satışı 15,9 milyon ədəd təşkil etməklə il ərzində 7,4 faiz artıb. “EMEA” regionunda qurğuların satışı ötən ilin ikinci rübü ilə müqayisədə 8,6 faiz artaraq 22,5 milyon ədədə bərabər olub. Asiya-Sakit okean regionunda fərdi kompüterlərin satışı 24,6 milyon ədəd təşkil etməklə il ərzində 9,5 faiz aşağı düşüb, - "Lenta www.lenta.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL