Avropada elektron pasport proqramları sensor texnologiyalar bazarının artımına xidmət edir
Kontaktsız sensor texnologiyalar istifadəçiyə digər qurğularla spesifik vəzifələrin yerinə yetirilməsi üçün onlara toxunmadan qarşılıqlı əlaqə yaratmağa imkan verir. “MicroMarket Monitor” analitik şirkətinin məlumatına görə, 2018-ci ilədək Avropada bu texnologiyanın həcmi 2,67 milyard avroya çatacaq.
Analitiklər hesabat dərc edərək kontaktsız sensor bazarının inkişaf tendensiyalarını müəyyən ediblər. Onların fikrincə, bu bazarı buraxılan sensorların istifadəsi tipi üzrə iki geniş seqmentə bölmək olar.
Birinci seqment məişət texnikasında kontaktsız sensorlardan istifadədir. Xüsusilə bunlar sanitariya-gigiyena qurğularında – məsələn, kran, dispenser, əl qurutma aparatlarında tətbiq olunan tutumlu və infraqırmızı sensorlardır.
İkinci seqment biometrik identifikasiya üçün kontaktsız sensorlardan istifadədir. Bura avtomobil kilidlərində quraşdırılan biometrik sensorlar, eləcə də elektron pasportlarda biometrik məlumatların oxunması üçün tətbiq olunan sensorlar aiddir.
Analitiklər bildirirlər ki, sonuncu sensor növü Avropada vətəndaşların biometrik identifikasiya proqramları ilə əlaqədar getdikcə daha çox yayılacaq. Kontaktsız identifikasiya sensorlarının nüfuz edəcəyi sektorlar sırasına bank və maliyyə sektoru (xüsusilə elektron ödənişlər sənayesi), eləcə də milli identifikasiya sənədləri sektoru daxildir.
Kontaktsız sensorlar bazarının daha bir hərəkətverici qüvvəsi hazırda Avropa İttifaqı (Aİ) ölkələrində fəal tətbiq olunan sərhədlərə biometrik nəzarət olacaq.
Kontaktsız sensorların daha fəal tətbiq ediləcəyi Aİ dövlətlərini analitiklər iki iqtisadi regiona – Şimali və Mərkəzi Avropaya bölür.
Şimali sektorda kontaktsız sensorlar texnologiyasından daha aktiv Böyük Britaniya və Almaniya, Mərkəzi Avropada İtaliya və Fransa sakinləri istifadə edəcək, - "CNews www.cnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL