Azərbaycanda informasiya və rabitə xidmətləri sahəsində əlavə dəyər 12,6% artıb
Azərbaycan Dövlət Statistika Komitəsi bu ilin birinci yarısında informasiya və rabitə xidmətləri sahəsində əlavə dəyərin 12,6 faiz artımını qeydə alıb.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ölkədə 28,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3063,3 manat (3905,2 ABŞ dolları) təşkil etmişdir.
Bu ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində əlavə dəyər 14,8 faiz, tikintidə 9,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,1 faiz, sosial və digər xidmət sahələrində isə 4,3 faiz artıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL