waplog

Gənc alimlərlə istedadlı gənclər arasında elmi informasiya mübadiləsi aparılır


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc istedadlar üçün Kiçik Akademiyanın təşkili” layihəsi çərçivəsində Qusar, Xaçmaz, Şabran və İsmayıllı rayonlarında seminarlar keçirib. Seminarlara hər rayondan orta ümumtəhsil məktəblərində təhsil alan  IX, X, XI sinif şagirdləri, yerli istedadlı gənclər cəlb ediliblər.
 
Seminarda çıxış edən layihənin koordinatoru İlqar Orucov layihənin məqsəd və vəzifələri, məsələnin aktuallığı haqqında iştirakçıları məlumatlandırıb.
 
Qeyd olunub ki,  layihəsinin məqsədi gənc alimlərlə istedadlı gənclər arasında elmi informasiya mübadiləsi işinin təşkili,  onlara ixtiraçılıq və elmi innovasiyalarla bağlı, müasir dünyanın yeni yaradıcı ixtisasları haqqında bilik və informasiyaların verilməsi,  Kiçik Akademiya təşkil etməklə istedadlı gənclərin fəaliyyətinin məqsədyönlü inkişafının təşkilinə yardımçı olmaq və yeni nəsil intellektual gəncliyin formalaşmasına əlavə töhfələr vermək və bu fəaliyyət sahəsində yeni bir təcrübənin əsasını qoymaqdır.
 
 
Qeyd olunub ki, dövlət proqramında nəzərdə tutulduğu kimi, elmi ictimaiyyətin təhsil müəssisələri, istedadlı gənclərlə təmaslarının qurulması, elm və təhsilin vəhdətinin yaradılmasına, elmi dəyərlərlə gənclərin daha yaxından tanış olmasına, bunun üçün müxtəlif tədbirlərin, seminarların həyata keçirilməsinə böyük ehtiyac var. Elmin təhsillə səmərəli inteqrasiyası təhsildə, gənclərin təlim prosesində keyfiyyət dəyişikliyinə səbəb ola bilər. Hazırda gənclər gələcək ixtisaslarını müəyyənləşdirməyə, müasir dünyanın yeni yaradıcı ixtisaslarına yiyələnməyə, ixtisas seçməyə, özünü təkmilləşdirməyə çətinlik çəkirlər.
 
Təhsildə vəziyyəti çətinləşdirən digər bir fakt odur ki, dünyada 40 mindən çox ixtisasın olduğu təqdirdə müasir ixtisaslar gənclər arasında akademik səviyyədə təbliğ olunmur.
 
 
Layihənin eksperti Ruslan Rəhimli “Kiçik Akademiya”nın təşkili məsələləri ilə bağlı iştirakçıları məlumatlandırıb. “Kiçik Akademiya”nın iş mexanizmləri, metodları barədə gənclər seminarlar gedişində geniş bilik və informasiyalara malik oldular. Seminarların yekununda Qusar, Xaçmaz, Şabran və İsmayıllı rayonlarının orta məktəblərində gənclər arasında “Kiçik Akademiya”lar təşkil olundu.
 
Eyni zamanda rayon təhsil şöbələrinin, yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə disputlar təşkil olundu.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL