Azərbaycanda əlilliyi olan şəxslərin İKT-dən istifadəsinin genişləndirilməsinə yönəldilmiş tədbirlərə BMT ekspertləri müsbət rəy veriblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanaraq rəy verilməsi üçün BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə kKomitəsinə təqdim olunmuş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun layihəsi kKomitə tərəfindən müsbət dəyərləndirilib.
Nazirlikdən bildirilib ki, cari ilin 1-2 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə kKomitəsinin 11-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən “Əlillərin hüquqları haqqında” Konvensiya üzrə ölkəmizin ilk məruzəsi təqdim olunmuş, respublikada əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanun layihəsinə kKomitənin ekspertləri tərəfindən rəy verilməsi təklif edilmişdi.
Beləliklə, cari ilin aprel-iyun aylarında qanun layihəsi kKomitənin ekspertləri tərəfindən diqqətlə nəzərdən keçirilib. Layihə ilə bağlı kKomitənin Azərbaycan Hökumətinə bu günlərdə təqdim etdiyi rəydə layihənin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının ümumi ruhuna, əsas prinsip və müddəalarına uyğun şəkildə hazırlandığı vurğulanıb.
Bununla yanaşı, kKomitənin ekspertlərinin qQanun layihəsindəki bir sıra terminoloji ifadə və anlayışların, terminlərin beynəlxalq konvensiyalara uyğunlaşdırılması, ayrı-ayrı maddələrin bir daha təkmilləşdirilməsi ilə bağlı təklifləri də diqqətə çatdırılıb. ƏƏSMN qeyd olunan təkliflərin yeni qanun layihəsində əksini tapması üçün müvafiq işlərə başlayıb.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın (2014-2018-ci illər) layihəsində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların 2020-ci ilə qədər İKT-dən istifadəsinin genişləndirilməsinə yönəldilmiş tədbirlər hazırlanıb.
Proqrama əsasən, Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilməsi, Brayl əlifbası, alternativ şriftlər, surdo tərcüməni bilən peşəkar kadrların hazırlanması, mobil operatorlar vasitəsi ilə əlilliyi olan şəxslər üçün xüsusi informasiya məlumat növünün yaradılması, kompüter və mobil informasiya texnologiyaları sahəsində görməyənlərin və zəif görənlərin istifadəsi üçün səsli proqramların alınması və onların tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, layihədə Tibbi-Sosial Ekspert kKomissiyalarının işinin avtomatlaşdırılması, əlilliyi olan şəxslərin şəxsi məlumatlarının məxfiliyini nəzərə alan texnologiyalardan istifadə etməklə müəssisələrdə (hüquq- mühafizə, maliyyə, notarius) sərbəst yazmaq, oxumaq imkanlarının təmin edilməsi, internet şəbəkəsində olan rəsmi saytların gözdən əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların informasiya və kommunikasiya texnologiyalarından istifadə etməsini dəstəkləmək üçün təlimlər, fəaliyyətdə olan sosial, ictimai, nəqliyyat, dövlət və qeyri-dövlət obyektlərinin infrastrukturlarının, informasiya və rabitə vasitələrinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatına görə təsnifatlaşdırılması, bankomat, telefon avtomatları, poçt terminallarının da əlilliyi olan şəxslərə uyğunlaşdırılması və s. kimi çoxşaxəli tədbirlər nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL