waplog

2018-ci ilədək dünyada qoşulmuş qurğuların sayı 2 milyarda çatacaq


2018-ci ilədək dünyada qoşulmuş televiziya qurğularının sayı iki dəfə artaraq 2 milyard ədəd təşkil edəcək. Bu barədə “Strategy Analytics Connected Home Devices” (CHD) şirkətinin ekspertləri tərəfindən aparılan tədqiqatda deyilir.

Qoşulan qurğulara “smart” televizorlar, oyun konsolları, “Blu-Ray” pleyerlər, rəqəmli adapterlər və televiziya qurğuları aid edilir.

Analitiklərin hesablamalarına görə, hazırda ABŞ qoşulmuş qurğular üzrə ən yüksək göstəriciyə malikdir. Belə ki, dünyada hər ev təsərrüfatına təxminən 2,8 qoşulmuş qurğu düşdüyü halda ABŞ-da bu, 7,7 qoşulmuş qurğuya bərabərdir.  

2013-cü ildə ev təsərrüfatlarının elektron məhsulların alışına xərcləri 2,9 faiz artaraq 485 dollara çatıb. 2017-ci ilədək məişət texnikası sahəsində qlobal pərakəndə ticarətin həcminin ilk dəfə 1 trilyon dollara çatacağı gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda "İnformitv” şirkətinin ekspertləri “The Multiscreen Index” hesabatını dərc edərək hazırda ödənişli televiziya xidmətlərinin 65 faizinin ənənəvi televizorlarla yanaşı, planşet, telefon və digər qoşulan qurğuların ekranlarında istifadənin mümkün olmasını açıqlayıblar, - “TelecomDaily www.tdaily.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL