“Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə əlaqədar texniki şərtlərin hazırlanmasına başlanılıb
Azərbaycanda "Elektron kənd təsərrüfatı" sisteminin yaradılması ilə əlaqədar texniki şərtlərin hazırlanmasına başlanılıb.
Bu barədə "ICTnews" xəbər xidmətinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, "Elektron kənd təsərrüfatı" sisteminin yaradılması barədə dövlət başçısının tapşırığına əsasən Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilib və texniki şərtlərin hazırlanmasına start verilib.
Qeyd edilib ki, Avropa İttifaqının "İnteqrasiya olunmuş Nəzarət Sistemi"nin (IACS) prinsiplərinə əsaslanan və 3 alt moduldan ibarət olan bu sistem torpaqların və fermerlərin reyestri, habelə heyvanların identifikasiyası və qeydiyyatı komponentləri də daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst məlumatların əldə edilməsinə imkan verəcəkdir.
Eyni zamanda, "Aqrolizinq" ASC-nin, Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin və süni mayalanma işləri üzrə informasiya bazalarının elektron uçot sisteminə keçirilməsi işlərinə başlanılıb, Dövlət Fitosanitar Nəzarəti Xidməti
tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL