waplog

Əmək müqaviləsi bildirişi üzrə məlumatların EİS-ə daxil edilməsi prosesi üçün “Yardımçı masaları” fəaliyyət göstərəcək


Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) bütün regional müfəttişliklərində yaradılan "Yardımçı masaları" işini davam etdirir.
 
Onlar əmək müqaviləsi bildirişi üzrə məlumatların EİS-ə daxil edilməsi  prosesi başa çatana qədər fəaliyyət göstərəcək. Nazirlikdən qeyd edilib ki, "Yardımçı masaları"na  bütün iş günləri ərzində müraciət etmək olar.
 
Eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 "Qaynar xətt"i vasitəsilə də göstəriləcək.
 
 "Yardımçı masaları"ın ünvan və əlaqə telefonlarına gəlincə, onlar Xəzər, Sabunçu zonası (Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi; tel.: (012)565-11-82; (012)565-11-83), Nərimanov rayonu (Bakı şəh,  Nərimanov r,  Təbriz küç. 116; tel.: (012) 566-77-57 ); Nizami rayonu (Bakı şəh,  Nizami r,  Ə.Vəliyev  küç. 11 "a"; tel.: (012)323-16-03); Nəsimi, Səbail rayonları (Bakı şəh, Nəsimi r, 28 May  küç.: 7; tel: (012)493-10-79); Yasamal, Qaradağ (Bakı şəh, Yasamal r, Məhəmməd Xiyabani-9; tel:(012) 434-70-50); Binəqədi, Abşeron (Bakı şəh, Binəqədi r, Ə.Rəcəbli pr. məh 1965; tel: (012) 564-87-27, (012) 447-90-58); Sumqayıt, Xızı (Sumqayıt şəhəri, S.Vurğun pr.-130/33; Tel: (018) 644-64-82); Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən (Quba ş, Fətəlixan küçəsi 84; tel, (02333) 5-46-40; (023-33) 5-59-24) və digər ərazilərdə fəaliyyət göstərirlər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL