waplog

Elmi İnnovasiyalar Mərkəzinin rəhbərliyi ilə “Schneider-Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Fransanın “Schneider –Electric” şirkəti arasında mövcud olan davamlı əməkdaşlıq çərçivəsində AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) rəhbərliyinin sözügedən şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi arasında görüş keçirilib.
 
Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, “Schneider-Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyində baş tutan görüşdə yeni təkliflər səsləndirilib.
 
Belə ki, “Schneider-Electric” təmənnasız, pilot layihə olaraq, AMEA-nın hər hansı bir binasında enerji effektivliyi üzrə auditin keçirilməsini təklif edir. Auditin məqsədi qənaət rejimində enerji sərfiyyatıdır. Hazırda layihənin reallaşdırılmasına dair danışıqlar davam etdirilir.
 
 
Qeyd edək ki, enerjinin idarə olunması üzrə qlobal miqyasda ixtisaslaşmış “Schneider-Electric” məlumat mərkəzləri və şəbəkələr, binalar və rezidensiyalarda yerləşən marketlərdə enerjini təhlükəsiz, etibarlı, səmərəli və məhsuldar etmək üçün mükəmməl həllər təklif edir. Şirkət ayrı-ayrı fərdlərə və təşkilatlara enerjidən maksimum yararlanmağa imkan yaratmaq məqsədilə Azərbaycanda öz Bakı nümayəndəliyi və bölüşdürmə partnyoru vasitəsilə fəaliyyət göstərir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL