Dünyada ən çox satılan smartfon hansıdır?
“Counterpoint Market Technology” şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, cari ilin mayında “iPhone 5s” modeli ən çox satılan smartfon olub. Bu barədə şirkətin rəsmi saytında deyilir.
“Counterpoint” yeni tədqiqatında istifadəçilər arasında hansı telefonların daha populyar olmasını aydınlaşdırıb. Şirkət analitiklərinin qənaətinə görə, “iPhone 5s” ən populyar modeldir.
Ən çox satılan smartfonlar reytinqində ikinci yeri “Samsung” şirkətinin hazırkı “Galaxy S5”qabaqcıl modeli tutur. Liderlər üçlüyünü Cənubi Koreya istehsalçısının digər modeli - "Galaxy S4” tamamlayır. Dördüncü yerdə “Galaxy Note 3”, beşincidə “iPhone 5c” qərarlaşıb.
“Counterpoint Market Technology” böyük ekranlı telefonların populyarlığının artmasını qeyd edərək indidən "iPhone 6” modelinin uğur qazanacağını bildirir.
“Ən populyar smartfonlar onluğunda üç iri ekranlı model yer alıb ki, bu da bazardakı yeniliyi əks etdirir. Mayda dünyada satılan telefonların təxminən 40 faizi böyük ekranlı smartfonlar olub. Bu il “Apple” şirkəti böyük ekranlı smartfon buraxsa, model satışlara başlayandan iki ay sonra ən populyar qurğular siyahısında yüksək yer tutacaq”, - analitiklər vurğulayıb, - "MacDigger www.macdigger.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL