waplog

Çin Amerikanı ötdü


“İDC” analitik şirkəti qeyd edib ki, Çin fərdi kompyuter bazarının həcminə görə Amerikanı ötüb. Şirkətin proqnozlarına əsasən, bu tendensiya ötən rüb ərzində qeydə alınıb.

Analitiklər bildiriblər ki, 30 il əvvəl fərdi kompyuterlər dünya bazarına çıxarılıb və o vaxtdan Amerika həmişə fərdi komputerlər üçün həm say, həm də pul həcminə görə ən böyük bazar olub.

“İDC” iddia edir ki, ikinci rübdə Çin bazarında fərdi kompyuter tədarükü 14% artaraq 18,5 milyon təşkil edib. Bununla belə ABŞ-da fərdi sözügedən qurğuların tədarükü 4,8% azalaraq 17,7 milyon olub. Hesablamalara görə, Çin fərdi kompyuter bazarı 2012-ci ildə Amerikanı keçməlidir. Məlumat üçün bildirək ki, 2009-cu ildə Çin avtomobil bazarı artıq Amerikanı ötüb.

"Liderin dəyişməsi gec-tez olmalı idi və bu baş verdi. Çinin əhalisi çoxdur və bu ölkənin gəlirləri sürətlə artır”, - “Dai-ichi Life Research İnstitute”-un baş iqtisadçısı Toşixiro Naqaxama belə deyib.

“İDC” hesablamalarına əsasən, Çin bazarına tədarük olunan kompyuterlərin ümumi qiyməti təxminən 11,9 milyard dollar, ABŞ-da isə 11,7 milyard dollar təşkil edir. Kompyuter bazarında Çinin payı 22%, ABŞ-ın payı isə 21% -dir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL