waplog

Dünya onlayn reklam bazarında lider hansı şirkət olacaq?


“Microsoft” korporasiyası 2014-cü ilin yekunları üzrə qlobal onlayn reklam bazarında payına görə “Yahoo!” internet şirkətini qabaqlayacaq. Bu barədə “eMarketer” analitik şirkətinin proqnozunda deyilir.

Analitik şirkətin məlumatına görə, bu il “Microsoft”un payı ötənilki 2,45 faizdən 2,54 faizədək artacaq və korporasiya iri şirkətlər arasında üçüncü yeri tutacaq. Öz növbəsində “Yahoo!”-nun payı 2,86 faizdən 2,52 faizədək azalmaqla mövqeyi dördüncü yerə enəcək.
 
2014-cü ildə baxılması kompüter, smartfon və planşetlərdən mümkün olan dünya reklam bazarının lideri əvvəlki kimi “Google” olacaq. Lakin axtarış sisteminin payı ötən illə müqayisədə 31,92 faizdən 31,45 faizədək azalacaq.

Bununla yanaşı, “Facebook” sosial şəbəkəsinin onlayn reklam bazarında mövqeyini xeyli möhkəmlədəcəyi gözlənilir. “eMarketer”in proqnozuna görə, sosial şəbəkənin payı 5,82 faizdən 7,79 faizədək yüksələcək. Həmçinin “Twitter” mikrobloqlar servisi payını 0,5 faizdən 0,79 faizədək artıracaq.

Cari ildə qlobal onlayn reklam bazarının həcminin ötənilki 120 milyard dollarla müqayisədə 17 faiz – 140,15 milyard dollaradək artacağı proqnozlaşdırılır. Beləliklə, ilk üçlüyün reklam gəlirlərini “eMarketer” bu şəkildə proqnozlaşdırır: “Google” – 44 milyard dollar, “Facebook” – 10,9 milyard dollar, “Microsoft” - 3,56 milyard dollar.

Analitiklərin proqnozlarına görə, mobil reklam bazarı ilin yekunları üzrə 85 faiz – 32,7 milyard dollaradək artacaq. Bu seqmentin gəlirlərinin yarısından çoxu hələ də “Google”un payına düşəcək.

Lakin “Facebook” bu il burda da payını ötənilki 17,8 faizdən 22,3 faizədək (mütləq rəqəmdə 7,3 milyard dollar) artıra biləcək. Mobil reklam bazarının üçüncü iri şirkəti payı 2,4 faizdən 2,8 faizədək (bir milyard dollara yaxın) artacaq “Twitter” olaraq qalacaq, - "Lenta www.lenta.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL