waplog

Həsən Əliyev küçəsindəki qəza nəticəsində telekommunikasiya və internet xətlərinin fəaliyyətində problem yaranmayıb


Həsən Əliyev 25 ünvanında yük maşınının səkiyə çıxması nəticəsində telekommunikasiya və internet xətlərinin keçdiyi kabel quyusu tamamilə çöküb. Hadisə nəticəsində telefon xətlərinin qırıldığı, bəzi sosial şəbəkələrdə isə bir neçə yaşayış məntəqələrinin telefonsuz qalması ilə bağlı informasiyalar dolaşıb. Hətta
bəziləri bir qədər irəli gedərək bərpa üçün bir neçə gün lazım olacağını bildirib.
 



Məsələ ilə bağlı bildiririk ki, ərazidən “Aztelekom”İB-nin, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin və özəl rabitə şirkətlərinin internet kabel xətləri keçir.
 
      “Aztelekom”İB-nin texniki direktoru Zahir Vəliyev bildirib ki, ərazidən birliyə aid yalnız bir kabel xətti keçir. “Operativ briqada dəstələri hadisə yerinə baxış keçirib. Kabel kanalizasiya quyusu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsusdur. “Aztelekom” İB-nin kabel xətləri zədələnməyib. Ərazi nəzarətdədir”.
 


   

BTRİB-in texniki direktoru Rəsul Qurbanov bildirdi ki, kabel-kanalizasiya quyusunun qoruyucu qatı yük avtomobilinin ağırlığına tab gətirə bilmədiyindən çöküntü əmələ gəlib. Hazırda hadisə yerində qəza rabitə briqadaları fəsadın aradan qaldırılması istiqamətində işlər aparır.
 
R.Qurbanov hadisə nəticəsində kabel xətlərinin qırılması ilə əlaqədar bir neçə yaşayış məntəqəsinin telefonsuz və internetsiz qalmasını təkzib etdi. “Özüm şəxsən hadisə yerində olmuşam. Qəza nəticəsində zədələnən alternativ optik kabeldir. Kabel zədələnən kimi digər kabel vasitəsilə alternativ rabitə təmin olunub. Bu qəzanı vətəndaşlar heç hiss etməyib. Yəni qəza zamanı alternativ rabitə o qədər operativ həyata keçir ki, telefon və internet bağlantısında qırılma olmur. Ola bilər ki, bəzi telefonlarda müxtəlif səbəblər üzündən nasazlıq olub. Bunun qəza ilə hər hansı bağlılığı ola bilməz”.
 
Qeyd edək ki, ərazidən kabel xətlərinin keçməsi ilə bağlı xəbərdarlıq nişanlayıcıları olduğundan tikinti aparan şirkətlər bu tələbi qoruyaraq aidiyyəti qurumlara məlumat verməyə borcludurlar. Əks təqdirdə dəyən zərərə görə tikintini həyata keçirən fiziki və hüquqi şəxsləri qanunun tələblərinə görə müvafiq cəimələr gözləyir. Bu tələb də yerinə yetirilmədikdə problem məhkəmə yolu ilə çözülür.
 
RƏVAN

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL