waplog

Azərbaycanda innovasiyalı biznesin inkişafına kömək məqsədilə təkliflər hazırlanıb


“Startup Azərbaycan 2014” layihəsi çərçivəsində Azərbaycanda innovasiyalı biznesin inkişafına kömək məqsədilə  təkliflər hazırlanıb.
 
Təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata görə, sözügedən təkliflər layihəçi çərçivəsində keçirilən yekun tədbirlərdə, “Startup Azərbaycan 2014” Milli Konfransında  irəli sürülən fikirlər və rəylər, həmçinin innovativ biznes sahəsində çalışan müstəqil ekspertlərin təqdim etdiyi təkliflər əsasında hazırlanıb.
 
Azərbaycan İnternet Forumu tərəfindən hazırlanan təkliflərə əsasən, ölkədə İT sahəsində sahibkarlığın inkişafına və bu sahəyə dövlət dəstəyinin, özəl və fərdi investorların cəlb olunmasının güclənməsinə,  innovasiyalı biznesin təşviq edilməsinə, milli startup ekosisteminin formalaşmasına yönəlib. Sənəddə texnoparkın rezidenti olan hüquqi və fiziki şəxslərin yalnız texnopark ərazisində fəaliyyət göstərməsini nəzərdə tutan vergi güzəştlərinin texnopark ərazisindən kənardakı fəaliyyətə də şamil edilməsi nəzərdə tutulub.
 
 
Təkliflərdə ilkin inkişaf dövrünü yaşayan milli startupların inkişafı üçün, qlobal bazara çıxacaq startupların dəstəklənməsi üçün xüsusi proqramın hazırlanması öz əksini tapıb. Prioritet istiqamətlər üzrə maraqlı və cəlbedici innovativ layihələrə yüksək məbləğdə qrantlar verilməsi üçün İT-nin inkişafı Dövlət Fondunda  xüsusi ekspert-işçi qrupunun  yaradılması, bu  istiqamətlər üzrə qrant müsabiqələrinin  təşkil edilməsi qeyd olunub. Bununla yanaşı, “Startup Azərbaycan” yarışmalarında, o cümlədən digər müsabiqə və yarışmalarda qalib gələn, həmçinin YT Parkda fəaliyyət göstərən seçilmiş layihələrin dövlətin dəstəyi ilə MDB, ABŞ, Türkiyə və Avropa səviyyəli müxtəlif tədbirlərdə və müsabiqələrdə iştirakına dəstək verilməsi, viza və səfərlərin təşkilinə köməklik göstərilməsi qeyd olunub.
 
 
Təkliflərdə fərdi investorların innovativ layihələrə investisiya yatırımlarının stimullaşdırılması, burada risklərin sığortalanması üçün qanunvericilik  bazasının  araşdırılması  və beynəlxalq təcrübədən istifadə etməklə yerli hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub.
 
Həmçinin vençur şirkətlərin formalaşması və inkişafının da stimullaşdırılması qeyd edilib.
 
Üstəlik, Yüksək Texnologiyalar Parkında proqramçı və dizaynerlərin hazırlığı üzrə xüsusi proqram əsasında müntəzəm davam edən  kurslar təşkil edilməsi ilə bağlı müddəalar da yer alıb.
 
 
Habelə, elektron ticarətə vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılması və bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkil edilməsi nəzərdə tutulub. Eyni zamanda “PayPal” şirkətinin Azərbaycanda fəaliyyətinin təmin edilməsi istiqamətində də addımların atılması məqsədəuyğun hesab edilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL