waplog

Almaniya parlamenti çap maşınlarından istifadəyə keçmək niyyətindədir


Almaniya Bundestaqının deputatı Patrik Zensburq ölkə parlamentində rabitə əlaqəsinin bir hissəsinin kompüterlərdən çap maşınlarına keçirilməsini istisna etməyib. O, bu ideyasını Almaniyanın “Das Erste” telekanalında səsləndirib.

P.Zensburqun fikrincə, çap maşınlarından istifadəyə qayıdış xarici xüsusi xidmət orqanları tərəfindən Almaniyanın dövlət qulluqçularının izlənməsi və yazışmalarının ələ keçirilməsi ehtimalını azaltmağa kömək edəcək.

Deputat qeyd edib ki, onun ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) Almaniyadakı fəaliyyətinin təhqiqatı ilə məşğul olan başçılıq etdiyi komitədə artıq bir mexaniki çap maşını var. Ondan mühafizəli elektron poçt və kriptotelefonla birlikdə daxili rabitə üçün istifadə etmək olar.

Parlament üzvü vurğulayıb ki, o və həmkarları əməliyyat təhlükəsizliyi ilə bağlı bütün məsələlərə ciddi yanaşmaqla yazışmaların maksimum mühafizəsini təmin etməyə çalışırlar. Onun sözlərinə görə, müxtəlif məxfi iclaslara gəldikdə, onları dinlənilməsi mümkün olmayan otaqlarda keçirmək məsləhətdir, - "NEWSru www.hitech.newsru.com” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL