waplog

“IBM” korporativ müştərilərinə "iPhone” və “iPad” satacaq


“IBM” şirkəti korporativ müştərilərinə "iPhone” və “iPad” qurğularını yeni quraşdırılmış biznes əlavələri ilə satacaq. Bu barədə “IBM” və “Apple” şirkətlərinin məlumatında deyilir.

Şirkətlər korporativ müştərilər üçün mobil həllər sahəsində qlobal saziş imzalayıblar. “Sazişin bir hissəsini “IBM” şirkəti tərəfindən dünyada "iPhone” və “iPad”in sahə həlləri ilə birlikdə öz korporativ müştərilərinə satılması təşkil edir”, - məlumatda qeyd olunub.

Şirkətlər əməkdaşlıq çərçivəsində "iPhone” və “iPad”, müxtəlif sahələr - pərakəndə satış, səhiyyə, bank, turizm və s. sahələr üçün yenidən işlənilərək quraşdırılmış həllər daxil olmaqla  yeni korporativ servislər sinfini hazırlamaq niyyətindədirlər.
 
Şirkətlərin planına əsasən, “iOS” əməliyyat sistemi üçün “IBM Mobile First” sahə biznes əlavələri “IBM”-in böyük həcmli məlumatların emalı sahəsində ekspertizasından və “Apple”ın intuitiv istifadəçi interfeyslərinin yaradılmasında təcrübəsindən istifadə edəcək. “IBM” ilk həlləri cari ilin payızında buraxmağı planlaşdırır.
Bundan başqa, “IBM” “iOS” üçün öz “bulud” servislərini, o cümlədən təhlükəsizlik, analitika və mobil qurğuların inteqrasiya həllərini optimallaşdıraraq onları vahid mobil platformada birləşdirəcək.

“İlk dəfədir biz “iOS” istifadəçilərinə “IBM”-in məşhur böyük həcmli məlumatlar analitikasına dərhal çıxış əldə etməyə imkan yaradırıq ki, bu da “Apple” üçün yeni bazar imkanları açır”, - “Apple”ın baş direktoru Tim Kuk bildirib.

“Apple” şirkəti “Apple Care for Enterprise” proqramı çərçivəsində mobil qurğuların servis dəstəyini təmin edəcək. Yerlərdə korporativ şəbəkələrə xidmətləri “IBM” göstərəcək”, - "Lenta www.lenta.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL