waplog

Qurğular elektronikanın rekord satışını təmin edəcək


2014-cü ildə dünyada məişət elektronikasının satış həcmi ötən illə müqayisədə 2 faiz – 211,3 milyard dollaradək artacaq. Bu barədə İstehlak Elektronikası Assosiasiyasının (Consumer Electronics Association, CEA) hesabatında deyilir.  

“CEA” ekspertlərinin qiymətləndirməsinə görə, artım rabitə şəbəkələri üçün abunəçi qurğularına tələbatın artması ilə təmin olunacaq.

Belə ki, cari ildə smartfon və planşetlər məişət elektronikasının ümumi satış həcminin 35 faizini təmin edəcək. Proqnoza əsasən, dünyada bu il 2013-cü ildəki 151 milyona nisbətdə 164 milyon smartfon satılacaq. Buna uyğun olaraq bu kateqoriyalı qurğulardan mədaxil bir il əvvəlki 43 milyard dollarla müqayisədə 46 milyard dollar təşkil edəcək.

Bundan başqa, 80,4 milyon ədəd planşet kompüter satılacaq ki, bu da satış həcminin 7 faiz artmasına səbəb olacaq. Lakin pul vahidində bu bazar sektorunun həcmi qurğuların ucuzlaşması ilə əlaqədar olaraq 3 faiz - 25,6 milyard dollaradək azalacaq.

Məişət elektronikasının satışından gəlirlərin artması üçün digər əsas hərəkətverici qüvvə yeni tip yüksəktexnologiyalı qurğular – “3D” printer, fitnes-treker, “ağıllı” saat, ultra “HD” displeylər və s. olacaq.

Bu qurğuların satış həcminin pula nisbəti 242 faizə bərabərdir, halbuki satış həcmi 5 milyard dollar təşkil edir.
Kiçik həcmlə yüksək satış nümayiş etdirəcək digər elektronika kateqoriyaları arasında “Bluetooth” qarniturlar (69 faiz – 650 milyon dollaradək artım), qulaqcıqlar (20 faiz – 1,4 milyard dollaradək), oyun konsolları (35 faiz – 4,8 milyard dollaradək) yer alıb.

“CEA” analitiklərinin gözləntilərinə görə, məişət elektronikasının dünya rekordu yenilənəcək və 2015-ci ildə 214 milyard dollara çatacaq, - "Lenta www.lenta.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL