waplog

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT təminatını təkmilləşdirir


Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT avadanlıqlarının və xidmətlərin satınalması üzrə kotirovka sorğusu elan edib.     
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi son istifadəçilərə məsafədən dəstək, şəbəkə və server avadanlıqlarının vahid mərkəzdən idarə olunması üçün alətlərin yaradılması, istifadə olunan serverlərin virtual “3D” modelinin yaradılması üçün müvafiq proqram təminatı 
kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
 
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər iyulun 23-dək qəbul olunur. Maraqlanan təşkilatlar 404-46-99 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Aynur Vəliyeva


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL