waplog

2019-cu ildə hər beşinci mobil rabitə abunəçisi “4G/LTE” şəbəkəsindən istifadə edəcək


“Juniper Research” şirkətinin analitikləri qarşıdakı beş ildə müasir “4G/LTE” mobil rabitə texnologiyalarının sürətlə yayılacağını proqnozlaşdırırlar.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2017-ci ildə bu rabitə standartından istifadə ilə aktiv bağlantıların sayı 1 milyarda, 2019-cu ildə 1,9 milyarda çatacaq. Qeyd olunur ki, həmin dövrün sonunda hər beşinci mobil bağlantı (ümumi sayın 22 faizi) “4G/LTE” vasitəsilə həyata keçiriləcək.  

“Juniper Research” nümayəndələrinin proqnozuna görə, 2019-cu ilədək “4G/LTE” rabitəsi xidmətindən mədaxilin böyük hissəsi Asiya-Sakit okean regionunun payına düşəcək. Həmçinin güman edilir ki, 2014-cü ildə tədarük edilən hər üç smartfondan biri “LTE”-ni dəstəkləyəcək.

Tədqiqatda həmçinin Beynəlxalq Mobil Rabitə Tədarükçüləri Assosiasiyasının (Global mobile Suppliers Association, GSA) məlumatları yer alıb. Assosiasiyanın məlumatına əsasən, hazırda dördüncü nəsil mobil rabitə texnologiyasını (4G/LTE) dəstəkləyən abunəçi qurğu modellərinin sayı 1889 ədədə çatıb. Bildirilir ki, son 12 ayda “LTE” ilə işləyən qurğuların sayı 941 təşkil edib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. Bu müddət ərzində onları istehsal edən müəssisələrin sayı 68 faiz – 168-dək yüksəlib.

 “LTE” qurğular bazarında lider olan smartfonlar bu tipli bütün abunəçi qurğularının 44 faizini təşkil etməklə bazarda 835 qurğu ilə təmsil olunur. “LTE” rabitəsini dəstəkləyən planşetlərin sayı isə 175 model və ya ümumi “LTE” qurğularının 9,2 faizini təşkil edir.

“GSA”-in qiymətləndirməsinə görə, dünyada fəaliyyət göstərən “LTE” kommersiya şəbəkələrinin sayı 308-ə bərabərdir. Proqnozlara görə, 2014-cü ilin sonunadək onların sayı 350-dək artacaq, - "DailyComm www.dailycomm.ru” yazır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL