“Smart Class - Ağıllı Sinif İKT Proqramı” üzrə dərslər iki ay davam edəcək
Azərbaycanda həyata keçirilən "Smart Class - Ağıllı Sinif İKT Proqramı" adlı kurs fəaliyyətini davam etdirir. Proqram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Koreya Respublikasının "SK Telekom" şirkətinin dəstəyi, Dünya Türk Gəncləri Birliyinin və Sungşin Universitetinin əməkdaşlığı ilə ərsəyə gəlib.
Üç bölümdən ibarət olan kursun iki ay ərzində davam etməsi nəzərdə tutulub.
Nazirlikdən qeyd edilib ki, kursun əsas məqsədi gənclərə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə baza biliklərini vermək, mobil xidmət sahəsində bilik və bacarıqlar üzrə professional heyətin hazırlanmasıdır.
Bununla bağlı müvafiq punktlar üzrə ayrı-ayrılıqda dərslərin tədrisi təşkil olunur. Kurslarda keçirilən dərs məzmunu Cənubi Koreyanın Sungshin Universitetinin professorlar heyəti tərəfindən hazırlanıb. Buraya "İKT sahəsində bilik mübadiləsi; "Gənclərin müasir dünya texnologiyalarına inteqrasiyası (planşetlərdən istifadə)"; "Lokal şəbəkələrin yaradılması"; "Ən müasir şəbəkə texnologiyaları üzrə təlimlər (4G, LTE, eHSPA, WCDMA, WİMAX)" mövzuları daxildir.
"Gənclər Evi" layihəsi çərçivəsində bu, bir yenilikdir. Kursun sonunda imtahan keçiriləcək və keçid balını toplayan, kursu müvəffəqiyyətlə başa vuran tələbələrə beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.
Qeyd edək ki, "Smart Class - Ağıllı Sinif İKT Proqramı" üzrə ilk dərs 05.06.2014 tarixində Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evində (Gənclər Evi) keçirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL