“EMEA” regionunun kompüter bazarının həcmi 10,5 faiz artıb
“IDC” analitik şirkəti EMEA” regionunun (Avropa, Yaxın Şərq və Afrika ölkələri) kompüter bazarındakı vəziyyətə həsr olunan hesabat təqdim edib. Ekspertlərin hesablamalarına görə, 2014-cü ilin ikinci rübündə bu regiona masaüstü sistemlər və noutbuklar daxil olmaqla ümumilikdə 21,9 milyon fərdi kompüter tədarük edilib. İllik hesablamada “EMEA” kompüter bazarının həcmi 10,5 faiz artıb ki, bu da ardıcıl yeddi rüb azalmadan sonra artımın başlamasından xəbər verir.
Əvvəlki üç ayda olduğu kimi, regionda artımın əsas hərəkətverici qüvvəsi tədarük həcminin 25 faiz artdığının müşahidə olunduğu Qərbi Avropa olub. Bu, korporativ seqmentdə kompüterlərin davam edən yenilənməsi ilə izah olunur. İstehlak bazarı da 2013-cü ildən davam edən tənəzzüldən sonra müsbət dinamikaya qayıdıb.
Həmçinin qeyd olunur ki, Mərkəzi Avropanın Bolqarıstan, Macarıstan, Polşa və Çexiya kimi ölkələri gözlənildiyindən daha yaxşı artım nümayiş etdiriblər. Burada artım ikirəqəmli ədədlərlə ölçülüb. Bununla yanaşı, Yaxın Şərq və Afrika ölkələrində (MEA) 1,9 faizlik artım qeydə alınıb.
Artımın başlamasına baxmayaraq analitiklər “EMEA” regionunda fərdi kompüter bazarının tam bərpası haqqında danışmağa tələsmirlər. Çünki hazırda bazarın həcmi 2010-2012-ci illərdə qeydə alınan əvvəlki yüksək nəticələrdən 25 milyon ədəd azdır.
Bundan başqa, regionda fərdi kompüterlərin tədarükü üzrə lider istehsalçı “Hewlett-Packard” (HP) şirkətidir. Belə ki, ötən rübdə ABŞ istehsalçısı regiona 4,75 milyon qurğu və ya “EMEA” bazarının ümumi həcminin 21,7 faizini tədarük edib. Bir il əvvəl “HP”-nin hər iki göstəricisi 3,72 milyon ədəd və 18,7 faiz olub. Daha çox artımı 3,9 milyon fərdi kompüter və 18 faizlə ikinci yerdə qərarlaşan Çinin “Lenovo” şirkəti nümayiş etdirib (ötən il 2,6 milyon və 13,2 faiz, + 51 faiz). Sonrakı yerləri payları müvafiq olaraq 11,6, 10,5 və 9,5 faiz təşkil edən "Acer”, “Dell” və “ASUS” şirkətləri tutub, - "DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL