Smartfon özündə neçə qurğunu birləşdirir?
Böyük Britaniyanın “Viking” şirkəti adi smartfonun özündə neçə qurğunu birləşdirməsinin sayını göstərən infoqrafika yaradıb. Smartfonun çoxfunksiyalı aparat olmasının hamıya məlum olmasına baxmayaraq onda bir araya gətirilən qurğuların ayrı-ayrılıqda satın alınması halında qiymətinin və çəkisinin nə qədər təşkil edəcəyi hamı üçün maraq doğurur. Ən son model smartfonun orta qiyməti 780 dollar, çəkisi 132 qram təşkil edir.
Aparat zənglərlə yanaşı, videonu göstərməyə, musiqini səsləndirməyə, şəkil çəkməyə, böyük həcmdə məlumat saxlamağa, tarix və vaxtı bildirməyə, internet səhifələrinə baxmağa, mətnli məlumatları göndərməyə və qəbul etməyə, lüğət kimi istifadə etməyə və s. imkan verir.
Analoji vəzifələri yerinə yetirən bütün qurğuların dəyəri qiymətləndirilsə, onların qiyməti 1113 dollar təşkil edəcək, istifadəçi daima özü ilə 7,5 kiloqram müxtəlif elektronika daşımalı olacaq. İnfoqrafikada 12 müxtəlif qurğu yer alıb.
Şirkət tərəfindən həmçinin hazırda hamının marağına səbəb olan “ağıllı” saatlar qiymətləndirilib. “Viking”in qiymətləndirməsinə görə, qurğunun orta qiyməti 137 dollara, çəkisi 42 qrama bərabərdir. Öz növbəsində saatlar dəyəri 230 dollar, ümumi çəkisi 1430 qram təşkil edən müxtəlif aparatların işini yerinə yetirir, - "Internetua www.internetua.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL