“Elektron hökumət” portalında yeni bölmə istifadəyə verilib
“Elektron hökumət” portalında yeni “Mənim xidmətlərim” bölməsi təqdim edilib.
İstifadəçilər bu bölməyə ən çox istifadə etdikləri elektron xidmətləri əlavə etmək imkanı qazanırlar: “Belə ki, tez-tez istifadə etdikləri elektron xidməti portalda yerləşən ümumi elektron xidmətlərin siyahısından deyil, özlərinə məxsus “Mənim xidmətlərim” pəncərəsindən asanlıqla seçib yararlana bilərlər”.
Xidmətləri əlavə etmək üçün ümumi siyahıda yerləşən elektron xidmətlərin yanında qeyd olunan ulduz işarəsini seçmək kifayətdir. Seçilən xidmətlər həmin pəncərədə öz əksini tapacaq.
Qeyd edək ki, istifadəçilər bu imkanı autentifikasiyadan keçdikdən sonra əldə edə bilərlər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL