Azərbaycanda torpaq sürüşmələrinin potensial təhlükəliliyini əks etdirən elektron xəritə hazırlanacaq
Azərbaycanda torpaq sürüşmələrinə həssas olan ərazilərin elektron xəritəsi hazırlanacaq. Hazırda bu istiqamətdə aparılan tədqiqatlar davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutunun İctimaiyyətlə əlaqələrlə məsul əməkdaşı Jalə Bədirova qeyd edib ki, institutun iki əməkdaşı və polşalı mütəxəssislər tərəfindən aparılan tədqiqatlar “Böyük Qafqazın Cənub-Şərq yamacında torpaq sürüşmələrinin monitorinqi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması” mövzusuna həsr olunub.
Bu layihə 2013-cü ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının “Eroziya və Suvarma” İnstitutu və Polşa Respublikasının “Texnoloji və təbiətdən istifadə” İnstitutu arasında imzalanıb. Tədqiqat bölgənin üç dağətəyi rayonlarında (Şamaxı, Ağsu və İsmayıllı) on gün müddətində baş tutub:
“Burada rayonların səciyyəvi ərazilərində torpaq sürüşmələrinin monitorinqi aparılıb. Ərazi üzrə torpaq sürüşmələri mövcud olan ərazilərə baxış keçirilib, həmin ərazilərin coğrafi koordinatları dəqiqləşdirilib və sahədə xəritə üzərinə köçürülməsi həyata keçirilib. Müşahidə apararkən bəzi ərazilərdə torpaq sürüşmələrinin dinamikasını müəyyən etmək məqsədilə xüsusi modelləşdirmə proqramlarından istifadə edilib. Onu da qeyd edək ki, 2014-cü ilin sonunadək adı çəkilən ərazilərin torpaq sürüşmələrinin potensial təhlükəlilik elektron xəritəsinin işlənib hazırlanması nəzərdə tutulub”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL