waplog

Ötən il məktəblər 1 milyon “Chromebook” qurğusu satıb


“Google” şirkətinin rəsmiləri bildiriblər ki, ötən rüb şirkətin tərəfdaşları  təxminən 1 milyon “Chromebook” qurğusunu məktəblərə satıblar. “Gartner” tədqiqat şirkətinin məlumatına görə, ikinci rübdə 76 milyon kompüter satılıb.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Chromebook” noutbukları maarifləndirmə məqsədi ilə istifadə olunan “iPad” planşetləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Birincisi, “Chromebook” qurğularının qiyməti ucuzdur. İkincisi, “Google” tərəfindən inkişaf etmiş inzibati idarəetmə vasitələri təklif edilir ki, bu da xeyli sayda noutbukun tətbiqi prosesini asanlaşdırır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL