waplog

Azərbaycanda əmək bazarının ətraflı təhlili üçün dolğun informasiya bazası formalaşdırılacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il iyulun 1-dən istifadəyə verilən elektron informasiya sistemi  (EİS) əmək müqaviləsi bildirişləri haqqında bütün məlumatları əhatə etməklə, respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazası formalaşdıracaq.
 
 
İnformasiya bazasında əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əməkhaqqının kəmiyyəti, işçi qüvvəsinin daha çox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə toplanan məlumatlar əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa imkan verəcək.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, real məlumatlar əsasında aparılan təhlillərin nəticələri isə gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının, islahat tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaq:
 
"Digər tərəfdən, bu və ya digər müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarəti zamanı işçilərin leqal və ya qeyri-leqal əmək fəaliyyəti göstərdiyi informasiya bazasında onlarla bağlı  əmək müqaviləsi bildirişinin mövcud olub-olmamasından asılı olaraq operativ şəkildə müəyyənləşəcək".
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL