waplog

“Apple” rekord sayda smartfon sifariş edib


“The Wall Street Journal” nəşri yazır ki, “Apple” korporasiyası yeni smartfonların rekord sayda birinci partiyasını sifariş edib.
 
Məlumata görə, “Apple” şirkəti 2014-cü ilin sonunadək öz istehsal partnyorlarına 4.7 və 5.5 düymlük “iPhone 6” modelinin 70-80 milyon nüsxəsini yığmağı xahiş edib. Müqayisə üçün, “iPhone 5s” və “iPhone 5c” telefonlarının ilkin buraxılış həcmi 50-60 milyon olub.

 “dailycomm.ru” saytına istinadən bildirir ki, “Foxconn” və “Pegatron” 4.7 düymlük yeni "alma" telefonunun kütləvi istehsalına avqustda başlamağı planlaşdırır. “Apple” markasına məxsus birinci fablet yalnız “Foxconn” tərəfindən yığılacaq və sentyabrda bu işə başlayacaq. Hər iki qurğuda “iPhone 5s” smartfonunda istifadə olunan metal korpus gözlənilir.
 
“Weibo” sosial şəbəkəsinin istifadəçilərindən birinin dərc etdiyi reklam flaeri fotoşəklində “iPhone 6” smartfonunun çıxarılma tarixi və qiyməti qeyd olunub. Bu informasiyaya inansaq, hər iki aparat 19 sentyabr 2014-cü il tarixində satışa çıxarılacaq. 4.7 düymlük ekranlı versiyanın qiyməti 850 dollar, 5,5 düymlük modelin qiyməti təxminən 1010 dollar təşkil edəcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL