“Facebook” “Oculus VR” şirkətini satın alıb
“Facebook” şirkəti “Oculus VR” virtual reallıq eynəyi istehsalçısını 2 milyard dollara satın almaq üzrə saziş bağlayıb.
"Bizi əyləncəli birgə gələcək gözləyir. Biz yeni nəsil texnologiya platforması yaradaraq insanların kommunikasiya üsullarını dəyişdirəcəyik" – “Facebook” və “Oculus VR” şirkətlərinin birgə xəbərində yazılıb. “Oculus VR” sərbəst şirkət kimi işləməyə davam edəcək.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Oculus Rift” virtual reallıq eynəyini hazırlayan “Oculus VR” şirkəti 2012-ci ildə təsis edilib. Qurğu yaradıcıları ilk öncə “Kickstarter” saytının köməyi ilə layihəyə maliyyə toplamağa qərar veriblər. Onlar şlemin hazırlanmasına 250 min dollar xahiş ediblər, ancaq nəticədə bu məbləğdən 10 dəfə daha çox toplayıblar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL